AZE | RUS | ENG |


Amerikalı ekspert ADU tələbələri ilə görüşüb

Amerikalı ekspert ADU tələbələri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. 

Görüşdə P.Teys "ABŞ-da multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə ilə çıxış edib. 

"Multikulturalizmin Azərbaycan  modeli” mövzusunda tədqiqatın aparılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti əsasında ölkəmizdə səfərdə olan P.Teys öz məruzəsində ABŞ-da multikulturalizm ənənələrinin araşdırılması və davam etdirilməsi, müxtəlifliyin qorunmasına yönəlmiş addımlar, xalqların və etnik qrupların mədəni dəyərləri, müasir dövrdə ona yanaşma formaları haqqında danışıb. O, həmçinin Azərbaycanın özünəməxsus multikulturalizm modeli ilə dünyada tanınan bir ölkə olduğunu söyləyərək ölkəmizdəki multikultural dəyərləri, tolerantlıq ənənələrini yüksək qiymətləndirib. P.Teys ölkə Prezidenti İlham Əliyevin multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə bağlı dediyi sözləri əsas tutaraq multikulturalizmin Azərbaycan və ABŞ modelləri arasında müqayisəli təhlil aparıb.

Görüşün davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001